Keniya Turu

6 gün / 5 gecə
1920  1 nəfər üçün

Turu sifariş edinFormu doldurun və bizim əməkdaşlarımız sizinlə ən qısa zamanda əlaqə saxlasın

Tur haqqında məlumat

Həyatınızın ən unudulmaz macərasını yaşamaq, unikal heyvanları təbii yaşayış mühitində görmək və əsrarəngiz Afrika təbiətinin şahidi olmaq üçün sizi 6 günluk macəra dolu Keniya turuna dəvət edirik!

Şəhərlər haqqında

Nayrobi — Keniyanın paytaxtıdır. 1899-cu ildə qurulmuş, 1905-ci ildə isə ölkənin paytaxtına çevrilmişdir. Eyni zamanda Nairobi əyalətinin də mərkəzidir. Ölkənin cənubundakı Nayrobi çayı sahilində qurulan şəhər dəniz səviyyəsindən 1661 metr hündürlükdədir. Şəhər Şərqi Afrikanın əhalisinə görə ən böyük şəhəridir.

Tur paketinə daxildir

Giriş biletidaxildir
Ekskursiyadaxildir
Otel növükamp
Transferdaxildir
Otaq növüstandart
Səhər yeməyidaxildir
Nəqliyyatdaxildir
Bələdçidaxildir
Sudaxildir

Tur proqramı

Gün 1

Keniya tur proqramı
  • Karnivor restoran

Eka otelə yerləşmə. Günorta yeməyi. Nayrobi şəhər gəzintisi. Asudə vaxt. Vəhşi heyvanların ətindən hazırlanmış yeməklərin verildiyi Karnivon restoranında şam yeməyi.

Gün 2

Keniya tur proqramı
  • Nayvaşa gölü

Səhər yeməyi. Böyük Rift Vadisi - Nayvaşa gölünə gəzinti.  Lake Naivasha Country Club kampina yerləşmə. Günorta yeməyi. Axşam Nayvaşa gölünə safari, bu zaman siz begemotlar və 200dən çox quş növlərini görə bilərsiniz. Asudə vaxt və axşam yeməyi.

Gün 3

Keniya tur proqramı
  • Masai Mara qoruğ

Səhər yeməyi. Səhər yeçəyindən sonra Masai Mara qoruğuna yola düşmə. Bu qoruğ Tanzaniya ilə sərhəddə yerləşir. Sahəsi 1800 km² olan Masai-Mara Milli Qoruğu Keniyanın ən məşhur qoruğudur. Onun ərazisi aksiyaların geniş yayıldığı savannalardan və bu savannalarda otlayan saysız-hesabsız heyvanlardan ibarət düzənliklərdir. Burada qnu-antilopları, ceyranlar, zürafələr, aslanlar, kaftarlar, hippopotamlar, timsahlar vardır.
Keekorok Lodgeyə yerləşmə. Günorta yeməyi. Axşam safarisi, asudə vaxt  və axşam yeməyi.

Gün 4

Keniya tur proqramı
  • Masai Mara qoruğu

Səhər yeməyi. Bütün gün Masai Mara qoruğuna safari. Gunorta yeməyi. Asudə vaxt və axşam safarisi. Axşam yeməyi.

Gün 5

Keniya tur proqramı
  • Nakuru gölü

Səhər yeməyi. Nakuru Milli parkına yola düşmə. Nakuru, 1 759 m yüksəklikdə yerləşir.
Göldəki su duzludur. Göldə altı fitoplankton növü yaşayır. Bu rayonda çoxlu sayda digər quş növləri də yaşayır. Məməlilərdən afrika qabanı, pavianlar, qara və ağ kərgədanlara rast gəlinir. Bundan başqa, Nakuru – ağ və qara kərgədanların, rotşild zürafələrinin, şirlərin, leopardların və digər heyvanların yaşayış məskənidir.

Gün 6

Keniya tur proqramı
  • Nayrobi

Səhər yeməyi. Nayrobiye qayıdış. Aeroporta transfer.